Bakıda avtomobil 62 yaşlı qadını vuraraq öldürüb

Bakıda avtomobil 62 yaşlı qadını vuraraq öldürüb
# 22 noyabr 2013 07:10 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi İnşaatçılar prospektində qeydə alınıb. 1993-cü il təvəllüdlü Nihat Mahmudov idarə etdiyi 90-CC-891 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə yolu keçən piyada 1951-ci il təvəllüdlü Elmira Hüseynovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR