Azərbaycan yığması “Bahrain Open” turnirinə 13 idmançı ilə yollanır

 Azərbaycan yığması “Bahrain Open” turnirinə 13 idmançı ilə yollanır
# 24 fevral 2014 11:27 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın kişi və qadınlardan ibarət taekvondo yığması fevralın 27-də Bəhreyndə başlayacaq “Bahrain Open” turnirinə qatılacaq. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, paytaxt Manamada baş tutacaq yarışda 13 idmançımız mübarizə aparacaq.

Kişilərin yarışında Ayxan Tağızadə (63 kq), İlkin Şahbazov (74 kq), qadınların mübarizəsində isə Anastasiya Kan (46 kq), Patimat Abakarova, Aygül Abdullayeva (hər ikisi 49 kq), Səbinə Mikayılova, Hülya Oveyoğulları (hər ikisi 53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Qorbaçeva, İnci Zeynep Sönmez (hər ikisi 62 kq), Fəridə Əzizova (67 kq), Busra Ayva və Marina Tedeyeva (hər ikisi 73 kq) qüvvəsini sınayacaq.

Komandamıza rəhbərliyi qadınlardan ibarət millinin baş məşqçisi, eləcə də, kişilərdən ibarət yığmanın böyük məşqçisi Gündüz Abdullayev edəcək. Turnirdə 18 ölkədən 350 taekvondoçunun iştirakı gözlənilir. Komandamız səfərə sabah yollanacaq.

Qeyd edək ki, sayca 6-cı olan “Bahrain Open”ə martın 1-də yekun vurulacaq və yığmamız 2 gün sonra vətənə dönəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR