Bakıda SSRİ xalq artisti Vladimir Etuşun yubiley gecəsi keçirilib - FOTOSESSİYA

Bakıda SSRİ xalq artisti Vladimir Etuşun yubiley gecəsi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 13 iyun 2013 07:42 (UTC +04:00)

APA-nın məlumatına görə, xalq arasında “Qafqaz əsiri” filmində yaratdığı Saaxov obrazı ilə qalan 90 yaşlı yubilyar bakılı tamaşaçılara öz həyatından maraqlı məqamları danışıb, monoloqlar səsləndirib. Gecənin sonunda isə Vaxtanqov adına teatrın aktyorlarının ifasında “Liman” tamaşasından fraqmentlər ifa olunub.

Vladimir Etuş əslən bakılı olan qadınla ailə həyatı qurduğunu, şəhər haqqında ən xoş xatirələrə sahib olduğunu deyib. O şəhərin daha da gözəlləşdiyini vurğulayıb: “Dünən axşama kimi xanımımla Bakını gəzmişik, heç otelə qayıtmaq istəmirdik. Bura tez-tez gəlmədiyimə təəssüf edirəm”.

Tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR