Dağıstan baş nazirinin müavini Məhəmmədhüseyn Nəsrutdinovun həbsi istənilib

Dağıstan baş nazirinin müavini Məhəmmədhüseyn Nəsrutdinovun həbsi istənilib
# 21 yanvar 2014 10:56 (UTC +04:00)

Bakı – APA. Rusiyanın istintaq orqanları Dağıstan Respublikasının baş nazirinin müavini Məhəmmədhüseyn Nəsrutdinovun həbsini istəyib.

APA – nın xəbərinə görə, bu barədə İTAR – TASS-a Moskvanın Lefortovo rayon məhkəməsinin mətbuat katibi Yuliya Skotnikova məlumat verib.

Onun sözlərinə görə, M. Nəsrutdinovun həbsi ilə bağlı sorğu artıq məhkəməyə daxil olub. “Yaxın zamanlarda müvafiq qərar veriləcək”, - deyə Y.Skotnikova bildirib.

Saxlanılan M. Nəsrutdinov hələlik məhkəməyə gətirilməyib.

İstintaq Dağıstan baş nazirinin müavinini 2000-ci ildən bəri yerli qaz şəbəkələrinin özəl mülkiyyətə keçməsi ilə bağlı qeyri-qanuni əməllərdə şübhəli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR