Baş nazirin müavini Elçin Əfəndiyev Əfqanıstana səfər edəcək

Baş nazirin müavini Elçin Əfəndiyev Əfqanıstana səfər edəcək
# 24 mart 2014 10:22 (UTC +04:00)

Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, martın 26-da baş tutacaq səfərin məqsədi Əfqanıstanın paytaxtı Kabildə keçiriləcək IV Beynəlxalq Novruz Bayramı Festivalında iştirakıdır.

Səfər zamanı E. Əfəndiyevin Əfqanıstanın bir sıra rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi gözlənilir.

Qeyd edək ki, Festivalda İran, Tacikistan və Pakistanın prezidentlərin və Novruz bayramını qeyd edən bir sıra ölkələrin yüksək vəzifəli rəsmi şəxslərin iştirakı gözlənilir. III Beynəlxalq Novruz Bayramı Festivalı Tacikistan paytaxtı Düşənbədə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR