PKK iki türk polis əməkdaşının qətlinə görə məsuliyyəti öz üzərinə götürüb

PKK iki türk polis əməkdaşının qətlinə görə məsuliyyəti öz üzərinə götürüb
# 22 iyul 2015 22:49 (UTC +04:00)

PKK polis əməkdaşını qətlini Suruçdakı qanlı terror aktı ilə əlaqələndirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə terror təşkilatının saytında bildirilir.

Qeyd edək ki, ötən gün Şanlıurfa əyalətinin Ceyrlanpınar şəhərində iki polis əməkdaşı öz evində qətlə yetiriliblər.

“Bu gün Suruçdakı terror aktına görə qisas olaraq İŞİD dəstələri ilə əlaqəsi olan iki polis qətlə yetirilib. Polislərin silahı və sənədləri biz tərəfindən götürülüb”, deyə təşkilatın məlumatında bildirilir.

Qeyd edək ki Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində 32 nəfər ölüb, azı 100 nəfər yaralanıb.

Hadisənin İŞİD qruplaşmasının silahlısı - kamikadze tərəfindən törədildiyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR