Ramil Usubovun Eldəniz Quliyevlə bağlı şikayəti əsasında məhkəmə prosesi davam etdirilib

Ramil Usubovun Eldəniz Quliyevlə bağlı şikayəti əsasında məhkəmə prosesi davam etdirilib
# 15 oktyabr 2014 14:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nəsimi Rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə E.Quliyev barəsində seçilmiş başqa yerə getməmə haqqında qərarın ləğv edilməsini istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra E.Quliyevin vəkili linqvistik ekspertizanın rəyi ilə tanış olmadıqlarını deyib və məhkəmədən rəylə tanış olmaq üçün vaxt istəyib. Hakim onun xahişini nəzərə alıb.

Proses oktyabrın 20-də davam etdiriləcək.


Xatırladaq ki, ötən prosesdə E.Quliyevin polislər haqqında söylədiyi fikirlərlə bağlı ekspertizanın keçirilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Lakin müraciətdə Azərbaycan polisi ilə bağlı sərt ifadələr yer alıb. Bundan sonra R.Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Ramil Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR