Araz çayında batmış şəxsin cəsədi tapılıb

Araz çayında batmış şəxsin cəsədi tapılıb
# 31 may 2015 11:23 (UTC +04:00)

Bakı-APA. Dünən çayda batmış şəxsin cəsədi tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dünən Araz çayının, İmişli rayonu Xubyarlı kəndi ərazisindən keçən hissəsində batmış 1987-ci il təvəllüdlü Məmmədov Eldəniz Teymur oğlunun axtarışları başa çatıb.

E.Məmmədovun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, 30 m aralıda tapılaraq sudan çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR