Türkiyə hərbi helikopteri Yunanıstana enib

Türkiyə hərbi helikopteri Yunanıstana enib
# 16 iyul 2016 12:11 (UTC +04:00)

Bakı – APA. Türkiyəyə məxsus bir hərbi helikopter Yunanıstanın Aleksandropolis (Dədəağac) şəhərinə enib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, SOS siqnalı verərək Yunanıstana enən helikopterdə 7 hərbçi və 1 mülki şəxs olduğu bildirilir. Onların hərbi çevriliş cəhdində iştirak etmiş şəxslər olduqları güman olunur. Bu şəxslərin Yunanıstandan siyasi sığınacaq istədikləri barədə xəbərlər gəlir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fakta münasibət bildirib. "Helikopterlə Yunanistana qaçan 8 xain əsgərin dərhal təslim edilməsini istədik", - deyə o, özünün "Twitter" səhifəsində yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR