Lerikdə avtomobil dərəyə aşıb, sürücü xəsarət almayıb - VİDEO

Lerikdə avtomobil dərəyə aşıb, sürücü xəsarət almayıb - <span style="color: red;">VİDEO
# 26 iyul 2014 08:46 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 06.30 radələrində Lənkəran-Lerik şosesinin 30-cu kilometrliyində qeydə alınıb.

Göyçay şəhər sakini, 1980-ci il təvəllüdlü Şahin Eldar oğlu Qurbanovun idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili qəfildən idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə yuvarlanıb.

Maşın 6 metr dərəyə yuvarlandıqdan sonra yamacdakı ağacların birinə ilişərək qalıb.

Heç bir bədən xəsarəti almayam sürücü isə avtomobildən çıxıb.

Hadisə yerinə cəlb olunan texnikanın köməyi ilə avtomobil dərədən çıxarılaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR