II və III ixtisas qrupları üzrə qəbul imtahanları ilə bağlı apelyasiya komissiyasına 4 nəfər müraciət edib

 II və III ixtisas qrupları üzrə qəbul imtahanları ilə bağlı apelyasiya komissiyasına 4 nəfər müraciət edib
# 21 iyul 2014 15:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 2-də keçirilmiş II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının məzmununa dair apelyasiya haqqında məlumat açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu gün komissiyada saat 10.00-dan 17.00-dək II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının məzmununa dair müvafiq fənlər üzrə ekspertlərdən ibarət apelyasiya komissiyası fəaliyyət göstərib.

Apelyasiya komissiyasına hər iki ixtisas qrupu üzrə cəmi 4 nəfər müraciət edib. Ekspertlər sualları ətraflı izah edib və bütün müraciətləri cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR