Azərbaycan və Ermənistan Vaşinqtonda tarixi fürsətdən istifadə edib, buna görə hər iki ölkəyə minnətdarıq.
APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Bu məsələ Ermənistanda görüşümün əsas mövzusu olacaq. Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın. Azərbaycan Prezidenti də buna hazırlığını ifadə edib”, - nazir bildirib.
Yohann Vadeful onu da qeyd edib ki, yeni yaranan nəqliyyat bağlantılarını da yaxşı imkan kimi qiymətləndirirlər. Belə ki, bu, son illərdə xüsusi maraq göstərdikləri istiqamətlərdən biridir.