Abşeron rayonunda 5 otaqlı ev əşyaları ilə birlikdə yanıb

Abşeron rayonunda 5 otaqlı ev əşyaları ilə birlikdə yanıb
# 05 may 2015 19:33 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Fatmayı kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR