Qusarda 31 yaşlı kişi dəm qazından zəhərlənib

Qusarda 31 yaşlı kişi dəm qazından zəhərlənib
# 21 fevral 2013 06:43 (UTC +04:00)

Qusar. Vəli Turan - APA. Qusar şəhərində dəm qazında zəhərlənmə baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhərin Həzi Aslanov küçəsində yaşayan 1981-ci il təvəllüdlü Seyidov Bəxtiyar Alik oğlu hamamda yuyunarkən dəm qazından zəhərlənib.

O, dərhal Qusar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR