Sabah Bakıda havanın hərarəti 15-19 dərəcə olacaq - VİDEO

Sabah Bakıda havanın hərarəti 15-19 dərəcə olacaq - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2014 10:33 (UTC +04:00)

Günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək. Oktyabrın 2-dən 3-nə keçən gecə arabir güclənəcək. Günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-15, gündüz 15-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 3-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensivləşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.

Tibbi meteorololoji proqnoza əsasən oktyabr 3-5-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havaların üstünlüyü bəzi meteo-həssas insanlarda diskomfort hissi yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR