Türkiyədə 12 qaçqının ölümü ilə bağlı 4 suriyalı saxlanılıb

Türkiyədə 12 qaçqının ölümü ilə bağlı 4 suriyalı saxlanılıb
# 03 sentyabr 2015 19:54 (UTC +04:00)

Bakı-APA. On iki nəfərin ölümü ilə nəticələnən Suriyalı qaçqınların Türkiyədən Yunanıstanın Kos adasına daşınmasının təşkilində iştirak etmiş 4 suriyalı Türkiyə polisi tərəfindən saxlanılıb. APA-nın verdiyi xəbərə görə, bu barədə “Haber Türk”ə hüquq mühafizə orqanlarındakı mənbə bildirib.

Qeyd edək ki, ötən gün miqrantları daşıyan iki qayıq batıb. Hadisə nəticəsində 5-i uşaq olmaqla 12 nəfər boğularaq ölüb, 2 nəfər isə itkin düşüb. Dalğalar uşaqların meyitlərini Bodrum sahillərinə çıxarıb. Suriyadan qaçan 17 nəfər Yunanıstanın Kos adasından istifadə etməklə rezin qayıqlarla Avropaya keçmək istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR