Qətldə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

 Qətldə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 04 may 2015 12:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Yarəli Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra məhkəmədə Y. Dadaşov ifadə verərək özünü qismən təqsirli bildiyini deyib. O, mobil internet saytları hazırlayaraq pul qazandığını bildirib: “Röyal Nəcəfov mənim tanışım olub. Ondan biri 5 manata 17 mobil sayt almışdım. Sonradan aramızda problem oldu. Röyal mənə söyüş söydüyü üçün bıçaqladım”.

Məhkəmə prosesi mayın 18-də davam edəcək.

Qeyd edək ki, Asim Bünyazadə və dostu Yarəli Dadaşov şəxsi münasibətlər zəminində Röyal Səfərovu qətlə yetiriblər.

A. Bünyadzadə təcridxanada dünyasını dəyişdiyi üçün onun barəsində olan cinayət işinə xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR