APA-nın məlumatına görə, bunu ABŞ senatoru Con Makkeyn CNN-ə müsahibəsində deyib.
“Biz Vladimir Putinin iqtisadiyyatına təsir edən amillərə görə, konkret olaraq neftin ucuzlaşmasına görə Səudiyyə Ərəbistanına təşəkkür etməliyik. Bunun ABŞ prezidentinin atdığı addımlarla heç bir əlaqəsi yoxdur", - deyə o vurğulayıb.
ABŞ senatoru ölkəsinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların effekt vermədiyini də qeyd edib.