Ötən ay ARDNŞ qaz hasilatını 1% azaldıb

Ötən ay ARDNŞ qaz hasilatını 1% azaldıb
# 24 oktyabr 2014 11:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 551,7 min kubmetr qaz hasil edilib.

APA-Economics”in ARDNŞ-in statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,0% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında bu rəqəm 691,5 min kubmetr, fevralda 624,5 min kubmetr, mart ayında 680,8 min kubmetr, apreldə 654,9 min kubmetr, mayda 608,5 min kubmetr, iyun ayında 561,2 min kubmetr, iyul ayında 575,1 min kubmetr, avqust ayında isə 567,5 min kubmetr qaz təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında isə ARDNŞ tərəfindən isə ümumilikdə 5 515,7 min kubmetr hasil edilib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 3,73% çoxdur.

Ümumilikdə sentyabr ayında ölkə üzrə 2 423.3 min kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,48% çoxdur.

Bu ilin yanvar ayında ölkə üzrə 2 690 min kubmetr, fevralda 2 393 min kubmetr, mart ayında 2 594 min kubmetr, apreldə 2 622,7 min kubmetr, mayda 2 649 min kubmetr, iyun ayında isə 2 442 min kubmetr, iyul ayında 2 573 min kubmetr, avqust ayında isə 2 471 min kubmetr təbii qaz hasil edilib.

Ümumilikdə bu ilin yanvar-sentyabr aylarında 22 858,6 min kubmetr qaz hasil edilib ki, bu da 2013-cü ilin 9 ayı ilə müqayisədə 0,53% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR