Lionel Messi Argentina yığmasına qayıtmaq barədə qərar verib

Lionel Messi Argentina yığmasına qayıtmaq barədə qərar verib
# 12 avqust 2016 21:50 (UTC +04:00)

Bakı-APA. Lionel Messi Argentina millisindəki çıxışını bərpa etməyə qərar verib.

APA-nın "Mundo Deportivo" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə L.Messi rəsmi açıqlama yayıb.

“Mən ölkəmi sevirəm. Bu gün Argentina futbolunda problem az deyil. Odur ki, mən əlavə çətinlik yaratmaq niyyətində deyiləm”, deyə L.Bildirib.

L.Messi iyunun sonunda yığmada karyerasını başa vurduğunu bəyan etmişdi.

O, bu qərarını Amerika Kubokunun finalında Argentinanın Çiliyə məğlub olmasından sonra açıqlamışdı. "Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu mənim qərarımdır", - deyə hücumçu bildirmişdi.

Qeyd edək ki, Argentina yığması Messi ilə birgə 2007, 2015 və 2016-cı illərdə Amerika Kuboku, 2014-cü ildə isə dünya çempionatının finalında məğlub olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR