İngiltərə, Danimarka və Sloveniya növbəti mərhələyə yüksəlib

İngiltərə, Danimarka və Sloveniya növbəti mərhələyə yüksəlib
# 26 iyun 2024 01:02 (UTC +04:00)

Avropa çempionatının C qrupunda son matçlar keçirilib.

Apasport.az xəbər verir ki, İngiltərə millisi paytaxt Berlində Sloveniyanı sınağa çəkib.

Matç elə başladığı kimi başa çatıb: 0:0.

Qrupun digər matçı Münhendə oynanılıb. İkinci pillədə qərarlaşan Danimarka qrup sonuncusu Serbiya ilə münasibətlərə aydınlıq gətirib. Bu görüşdən də qol səsi çıxmayıb: 0:0.

Beləliklə, hər iki oyun sonrası turnir cədvəlində heç bir dəyişiklik olmayıb.

İngiltərə qrup lideri kimi, Danimarka ikinci, Sloveniya isə ən yaxşı qrup 3-cülərindən biri olaraq növbəti tura yüksəlib.

C qrupu, III tur

23:00. İngiltərə - Sloveniya 0:0

Baş hakim: Klement Turpin (Fransa).

Köln, “Reyn Enerqi” stadionu.

23:00. Danimarka - Serbiya 0:0

Baş hakim: Fransua Leteksye (Fransa).

Münhen, "Alyans Arena".

image

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR