FİFA prezidentliyə namizədləri təsdiqləyib

FİFA prezidentliyə namizədləri təsdiqləyib
# 29 oktyabr 2015 07:57 (UTC +04:00)

Bakı – APA. FİFA prezidentliyinə namizədlərin siyahısı rəsmən açıqlanıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu 7 şəxsin namizədliyini təsdiqləyib.

Bunlar UEFA prezidenti Mişel Platini, baş katib Canni İnfantino, İordaniya şahzadəsi Əli-Bin Əl-Hüseyin, Liberiya Futbol Federasiyasının prezidenti Musa Biliti, FİFA-nın sabiq baş katib köməkçisi Jerom Kampanye, Cənubi Afrikanın məşhur iş adamı Tokyo Sexvale və Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim Əl-Xəlifədi.

Braziliya futbolunun canlı əfsanəsi Artur Ziko və Trinidad və Tobaqo yığmasının sabiq kapitanı David Nakhid tələb olunan qədər dəstək toplaya bilmədikləri üçün namizədliyi geri götürmüşdülər.

Qeyd edək ki, FİFA-ya yeni rəhbər gələn il fevral ayının 26-da seçiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR