Yevlax rayonunda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Yevlax rayonunda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb
# 14 fevral 2013 08:24 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yevlax rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dən «APA-Economics»ə verilən məlumata görə, prioritet sahələrə müasir çörək zavodunun, istixana təsərrüfatlarının və müasir quşçuluq təsərrüfatının yaradılması daxildir. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.

Bu gündən etibarən sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər. Əlaqə telefonu: (+994 12) 434-74-29.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR