Mayın 24-də «Niderlandda Azərbaycan günü» tədbiri keçiriləcək

Mayın 24-də «Niderlandda Azərbaycan günü» tədbiri keçiriləcək
# 04 may 2013 11:30 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycanın Niderlanddakı səfirliyinin dəstəyi ilə mayın 24-də Maastrixt İdarəetmə Məktəbində (MSM) «Niderlandda Azərbaycan günü» tədbiri keçiriləcək. APA-nın MSM saytına istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Niderlandın Azərbaycandakı səfiri Aryen Uiyterlinde, Azərbaycanın Niderlandakı səfiri Mirhəmzə Əfəndiyev və digər rəsmi şəxslər iştirak edəcəklər.

Tədbirdə qonaqlar Azərbaycanın mətbəx nümunələrinin dadına baxacaq, ölkəmizin mədəniyyəti, musiqi, biznes və iqtisadi imkanları ilə yaxından tanış olacaqlar.

Eyni zamanda, Azərbaycanın Niderlanddakı səfirliyi, Azərbaycan Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin təşkilatçılığı ilə MSM, Maastrixt Universiteti və St.Martin Kollecinin tələbələri arasında keçirilən «Mən Azərbaycan barədə nə bilirəm?» esse müsabiqəsinin 10 qalibi elan olunacaq. Qaliblər iyun ayında Azərbaycana bir həftəlik səyahət etmək imkanı qazanacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR