BMT Təhlükəsizlik Şurasında Ukraynadakı vəziyyətlə əlaqədar növbədənkənar iclas keçiriləcək

BMT Təhlükəsizlik Şurasında Ukraynadakı vəziyyətlə əlaqədar növbədənkənar iclas keçiriləcək
# 04 iyun 2015 17:54 (UTC +04:00)

Bakı-APA. BMT Təhlükəsizlik Şurası iyunun 5-də Litvanın təşəbbüsü ilə Ukraynadakı vəziyyətlə əlaqədar növbədənkənar iclas keçirəcək. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Litvanın BMT-dəki daimi nümayəndəliyindən bildirilib.

“Litvanın sorğusu əsasında cümə günü BMT Təhlükəsizlik Şurasında Ukraynadakı vəziyyətlə əlaqədar növbədənkənar iclas keçiriləcək. İclasda ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyasının nümayəndələri və BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman çıxış edəcəklər”, deyə agentliyə bildirilib.

Litvanın BMT-dəki daimi nümayəndəliyindən həmçinin bildirilib ki, iclasda BMT TŞ-nın üzvləri qarşısında ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyası rəhbərinin müavini Aleksandr Xuqun çıxışı gözlənilir.

Brifinqin açıq formatda keçiriləcəyi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR