Mehriban Əliyeva Moskvada Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb - FOTO

Mehriban Əliyeva Moskvada Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb  - <span style="color: red;">FOTO
# 11 aprel 2015 20:35 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva TASS Agentliyində olublar.

Görüşdə çıxış edən TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın TASS Agentliyinə gəlməsinin onlar üçün böyük şərəf olduğunu vurğulayıb. Bakıda keçiriləcək Birinci Avropa Oyunları barədə məlumat verən M.Qusman qeyd edib ki, bu oyunların keçirilməsi unikal hadisədir.

Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bu idman tədbiri ilə bağlı görülən işlərdən bəhs edib. Mehriban Əliyeva bildirib ki, ölkəmizdə bu Oyunlara dövlət, ictimai təşkilatlar, sadə vətəndaşlar tərəfindən həm böyük dəstək, həm də maraq var. “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edildiyini bildirən Heydər Əliyev Fondunun prezidenti vurğulayıb ki, hazırda “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı işlər final mərhələsinə qədəm qoyub: "Hazırda Oyunların açılış mərasiminə ciddi hazırlıq gedir".

Azərbaycanın birinci xanımı bildirib ki, bu Oyunların ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycanda idmana göstərilən dövlət qayğısı, respublikanın paytaxtı ilə yanaşı, regionlarda da müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq idman yarışlarında qazandığı uğurlarla bağlıdır: "Bu Oyunlarda iştirak edəcək idmançıların və ölkəmizə gələcək nümayəndə heyətlərinin rahatlığını təmin etmək üçün bütün işlər görülüb. Beynəlxalq ekspertlərin qənaətinə görə, Azərbaycanda yaradılan Olimpiya Kəndi dünyada indiyədək yaradılan ən gözəl kəndlərdən biridir".

M. Əliyeva kütləvi informasiya vasitələri üçün də Media Kəndinin yaradıldığını diqqətə çatdırıb və tədbir iştirakçılarını Oyunlara baxmağa dəvət edib.

Daha sonra M. Əliyeva Rusiyanın KİV rəhbərlərinin “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı suallarını cavablandırıb.

Sonra Heydər Əliyev Fondunun prezidenti “Rossiya-24” telekanalının “Vesti nedeli” verilişinə müsahibə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR