Türkiyədə sərhəddə baş verən partlayışda ölənlərin sayı 13-ə çatıb

Türkiyədə sərhəddə baş verən partlayışda ölənlərin sayı 13-ə çatıb
# 12 fevral 2013 02:54 (UTC +04:00)

Bakı – APA. Türkiyə-Suriya sərhədində baş vermiş partlayışda ölənlərin sayı 13-ə çatıb. Bu barədə APA CNNTürk-ə istinadən məlumat verir. Xatırladaq ki, partlayış Türkiyənin Suriya ilə sərhəddəki Hatay vilayətinin Reyhanlı rayonundakı “Cilvəgözü” sərhəd-keçid məntəqəsində baş verib.

Ölənlərdən 3-ü Türkiyə, 10-u isə Suriya vətəndaşıdır. Hadisə yerli vaxtla saat 15.00-da olub. Bəzi məlumatlara əsasən partlayış içinə partlayıcı qurğu yerləşdirilmiş avtomobildən qaynaqlanıb. Rəsmilər hadisə nəticəsində 28 nəfərin yaralandığını bildirirlər. Yaralılardan 13-nün vəziyyəti ağırdır.

Məsələ ilə bağlı açıqlama verən baş nazirin müavini Bülənd Arınc partlayan avtomobilin Suriyadan gəldiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR