“Bəsic” komandanı: “ABŞ bölgədəki hərbi bazasını ləğv edəcəyi halda İranla birbaşa müzakirələr apara bilər”

“Bəsic” komandanı: “ABŞ bölgədəki hərbi bazasını ləğv edəcəyi halda İranla birbaşa müzakirələr apara bilər”
# 15 fevral 2013 10:42 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. “ABŞ bölgədəki hərbi bazasını ləğv edəcəyi, terror təşkilatlarının və təbliğat üçün istifadə etdiyi media qurumlarının fəaliyyətinə son verəcəyi, pilotsuz təyyarələrini ərazidən toplayacağı təqdirdə, İranla birbaşa müzakirələr apara bilər”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu “Bəsic” ordu komandanı, general Məhəmmədrza Nəqdi deyib. O bildirib ki, İran xalqı dinə əsaslanan dövlət idarəçiliyini dəstəkləyir və bölgə millətləri bu ölkənin inkişafından ilham alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR