"Unibank" müştərilərinə “Cashback” xidməti təqdim edir

"Unibank" müştərilərinə “Cashback” xidməti təqdim edir
# 06 iyun 2016 09:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” kartlarında “Cashback” xidməti tətbiq edilir.


Bankdan “APA-Economics”ə verilən xəbərə görə, “Albalı plus” debet kartlarında tətbiq edilən cashback xidməti sayəsində partnyor mağazalarda kartınızdan xərclədiyiniz pulunuzun 20%-dək hissəsi elə həmin gün kartınıza geri qayıdacaq.

Beləliklə, siz həm “Unibank”ın partnyor mağazalarında “Albalı plus” kart sahibləri üçün olan endirimlərdən faydalanacaqsınız, həm də xərclədiyiniz pulun bir hissəsini bank yenidən hesabınıza geri qaytaracaq.

“Cashback” xidməti sayəsində qeyri- partnyor mağazalarda və onlayn alış-verişlərdə də “Albalı plus” debetlə edilən əməliyyatlarda xərclənən vəsaitin bir hissəsi müştərinin hesabına geri qayıdacaq.

“Albalı plus” debet kartı müştərilərə bir sıra imkanları təqdim edir: 1. pulsuz nağdlaşdırma - bu karta sahib olan hər kəs kartdan şəxsi vəsaitini “Unibank” bankomatlarından heç bir faiz ödəmədən nağdlaşdıra bilir. 2. Unikal depozit kartı -

kartda öz vəsaiti saxlayan müştərilər reytinqindən və vəsaitin valyutasından asılı olaraq, illik 6%-dək gəlir əldə edə bilərlər. 3. İki valyutada - kartı həm manat, həm də dolar valyutasında sifariş etmək olar. 4. İki beynəlxalq ödəniş sisteminə malikdir - beynəlxalq statusa malik olan “Albalı plus” debet kartını həm Visa, həm də MasterCard ödəniş sistemində sifariş etmək mümkündür.

“Albalı plus” debet kartına sahib olmaq çox asandır. Bunun üçün işdən arayış almağa ehtiyac yoxdur, sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən “Unibank” filialına müraciət edib, kartı ala bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (http://unibank.az/az/private-clients/cashback/) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR