Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə toplanan sığorta haqları 20%-ə yaxın artıb

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə toplanan sığorta haqları 20%-ə yaxın artıb
# 01 iyun 2015 10:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin may ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 93,647 müqavilə qeydiyyata alınıb.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, bunların 14,790-nı xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,9 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 1%, sığorta haqlarının məbləğində isə 6% artım müşahidə edilib.

2015-ci ilin yanvar-may ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 397 min sığorta müqaviləsi bağlanıb və bu müqavilələr üzrə sığorta haqları 30,1 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 14,5%, sığorta haqlarının məbləğində isə 19,7% artım müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR