Azad Rəhimov: “Bakı-2015 Avropa Oyunlarında 100-dәn artıq Olimpiya vә dünya çempionu iştirak edib”

Azad Rəhimov: “Bakı-2015 Avropa Oyunlarında 100-dәn artıq Olimpiya vә dünya çempionu iştirak edib”
# 29 iyun 2015 14:03 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova - APA. “Su idman növlәri üzrə yarışlara güclü idmançıların gәlmәdiyi deyilirdi, lakin Azәrbaycanda dünya rekordu əldə edildi. Bakıdakı yarışlarda 16 idman növündәn 12-si lisenziya xarakteri daşıyan idman növü idi”.

APA-nın mәlumatına görә, bunu gәnclәr vә idman naziri Azad Rәhimov deyib. O bildirib ki, bu yarışlar hәr bir idmançı üçün böyük fürsәt olub: “12 idman növü üzrə әn güclü idmançılar gәlmişdi. Bakı-2015 Avropa Oyunlarında 100-dәn artıq Olimpiya vә dünya çempionu iştirak edib. Mingәçevirdәki yarışlara 21 Olimpiya vә dünya çempionu qatılıb. Bu sözləri deyәn şәxs o yarışları izlәmәyib. Bunu edənlәr oyunların sәviyyәsini aşağılamaq, boykot etmәk, saytlara hücumlar etmәk istәyirdilәr. Biz gözәl idman nümayiş etdirәndә, onlar boykota çağırış edirdilәr. Normal insanları bu çağırışlar cәlb etmәz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR