Temperatur 36 dərəcəyə qalxacaq

Temperatur 36 dərəcəyə qalxacaq
# 03 sentyabr 2015 10:00 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Avqustun 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcək, cənub-qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 31-36 dərəcə, dağlıq rayonlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR