İlham Mirzəyevin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

İlham Mirzəyevin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
# 25 noyabr 2014 12:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası isə dekabrın 9-na təyin edilib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR