Ötən ay gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 65 müəssisənin sahibkarı cərimələnib

Ötən ay gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 65 müəssisənin sahibkarı cərimələnib
# 25 dekabr 2012 12:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən noyabr ayı ərzində gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 65 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Bundan başqa, 38 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 34 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 902, mikrobioloji göstəricilərinə görə 966, toksikoloji göstəricilərinə görə 231, radioloji göstəricilərinə görə 30 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub Nümunələrin 14-də orqanoleptik və fiziki-kimyəvi, 13-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 2999 yaxma, 125 soyuq qəlyanaltı nümunəsi götürülüb, 64 yaxmada mikrobioloji çirklənmə aşkar edilib. Noyabr ayı ərzində əhali arasında 52 qida zəhərlənməsi hadisəsi baş verib, 61 nəfər zərərçəkən olub. O cümlədən 2 botulizm hadisəsi baş verib, 4 nəfər zərərçəkən olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR