İsveçrədə Rusiya və Gürcüstan diplomatlarının görüşü keçirilib

İsveçrədə Rusiya və Gürcüstan diplomatlarının görüşü keçirilib
# 17 dekabr 2012 07:28 (UTC +04:00)

APA-nın Rusiya XİN-ə istinadən yaydığı məlumata görə, görüş çərçivəsində Rusiya ilə Gürcüstan arasında ayrı-ayrı sahələrdə münasibətlərin normallaşdırılmasının mümkün yolları müzakirə olunub.

“Biz müxtəlif mövzular üzrə razılığa gələ bilməyəcəyimiz barədə razılaşdıq. Görüşün əvvəlində biz ticarət, humanitar-mədəni məsələləri və müntəzəm aviareyslərin bərpa olunmasını müzakirə mövzusu seçdik. Biz dialoq prosesinin müntəzəm davam etdirilməsi barədə razılığa gəldik”. Bu fikirlər Zurab Abaşidzeyə məxsusdur.

Qriqori Karasin isə “RİA Novosti”yə bildirib ki, görüşdə Rusiya-Gürcüstan münasibətlərinin dalana dirəndiyi, bu münasibətləri sağlamlaşdırmağın, Rusiyanın siyasi mövqelərinə zərər vurmadan qarşılıqlı fəaliyyətin konkret formalarının tapılmasının vacibliyi qeyd olunub: “Bununla belə Saakaşvilinin idarəetməsi dövründə meydana çıxan çətinliklərin aradan qaldırılması üçün real imkanlar hələ də var. Biz bu dialoqun davamı üçün vaxt və yer müəyyənləşdirmək barədə də razılığa gəldik”.

Xatırladaq ki, bu, 2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında baş vermiş müharibədən sonra keçirilən ilk görüşdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR