Bakıda İsveç vətəndaşının evini qarət edən qadın həbs edilib

Bakıda İsveç vətəndaşının evini qarət edən qadın həbs edilib
# 26 noyabr 2012 09:29 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda İsveç vətəndaşının evini qarət edən şəxs həbs edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də İsveç vətəndaşı Par Ol Mars Svenin mənzilindən 2100 dollar və 1 ədəd kredit kartını oğurlamış Bakı şəhər sakini Elnarə Nəsrəddinova tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR