Kür və Araz çaylarının çirklənmə vəziyyətinin monitorinqinin nəticələri açıqlanıb

Kür və Araz çaylarının çirklənmə vəziyyətinin monitorinqinin nəticələri açıqlanıb
# 20 dekabr 2012 08:03 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının dekabr ayının II ongünlüyü üçün çirklənmə vəziyyətinin monitorinqinin nəticələrini açıqlayıb. ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dekabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi I ongünlüyə nisbətən 7 m3/san artaraq 140 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçayda fenollar və mis birləşmələri 4, Ağstafaçay su anbarında fenollar 5, mis birləşmələri 4 dəfə YVQH-dən artıq olub.

Araz çayı üzrə Horadiz və I Şahsevən məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar və mis birləşmələri 4 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.85-6.32 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR