Azərbaycan prezidenti rumıniyalı həmkarını təbrik edib

 Azərbaycan prezidenti rumıniyalı həmkarını təbrik edib
# 30 noyabr 2012 16:06 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Rumıniya prezidenti Trayan Beseskuya təbrik məktubu göndərib. APA-nın məlumatına görə, dövlət başçısı Rumıniyanın milli bayramı – Birlik günü münasibətilə prezident T. Beseskunu və rumın xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edib.

“Bu gün Azərbaycan-Rumıniya münasibətləri dinamik inkişaf yolundadır. Ölkələrimiz arasında daim genişlənən dostluq əlaqələri ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız üçün möhkəm zəmin yaradıb.

İqtisadi təşəbbüslərimizin gerçəkləşməsi istiqamətində atdığımız addımlar özünün məzmunu və perspektivləri ilə münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Əminəm ki, dostluq və tərəfdaşlıq əlaqələrimizi daha da möhkəmləndirmək üçün bundan sonra da səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına sülh və rifah diləyirəm”, - deyə məktubda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR