Andrea Bandini: “Xəyallarım “Neftçi” ilə oyunda gerçəkləşdi”

Andrea Bandini: “Xəyallarım “Neftçi” ilə oyunda gerçəkləşdi”
# 07 dekabr 2012 14:39 (UTC +04:00)

Bakı-APA. “San-Siro”da bu qədər azarkeş qarşısında meydana çıxmaq mənim ən böyük arzum idi. Bu xəyallarım “Neftçi” ilə qarşılaşmada gerçəkləşdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “İnter” klubunun futbolçusu Andrea Bandini deyib.


Əsas komandada debüt edən gənc futbolçu Avropa Liqasının qrup mərhələsinin “Neftçi” ilə Milandakı oyunu (2:2) haqda fikirlərini açıqlayıb: “İnter”in gənclər komandasından gəlib əsas komandada debüt etdim. Samuel və Kambiassoya təşəkkür edirəm ki, meydanda mənə dəstək oldular. Mənim kimi digər gənclər də Azərbaycan çempionuna qarşı yaxşı oynadı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR