Bakıda yaşayış evindən qızıl və xeyli miqdarda pul oğurlanıb

Bakıda yaşayış evindən qızıl və xeyli miqdarda pul oğurlanıb
# 27 noyabr 2012 08:53 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda yaşayış evindən qızıl və xeyli miqdarda pul oğurlanıb.

Bakı şəhər Baş Polis idarəsindən APA-ya verilən xəbərə görə, noyabrın 17-də R.Məmmədov küçəsində yaşayan Ülfət Kazımovun mənzilindən açıq qapıdan keçməklə 1900 manat, 1000 ABŞ dolları, videokamera, fotoaparat və qızıl üzük oğurlanıb.

Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin və 36-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Səmədov noyabrın 26-da tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR