Şagirdlərin qurd xəstəlikləri əleyhinə profilaktikası aparılıb

Şagirdlərin qurd xəstəlikləri əleyhinə profilaktikası aparılıb
# 08 dekabr 2014 09:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı- APA. Azərbaycanın orta məktəblərində helmintozların profilaktikası məqsədilə həyata keçirilən tədbirlər başa çatıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirliyin “Respublikada şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” əmrinə əsasən aparılan tədbirlər ölkə üzrə 18 rayon və şəhəri, o cümlədən Bakının 11 rayonunu əhatə edib. Qurd xəstəlikləri əleyhinə oktyabrın 15-dən noyabrın 15-dək aparılan profilaktika işlərinə I-VI sinif şagirdləri cəlb olunub. Şəhər və rayonlar üzrə nəzərdə tutulan həmin qrup şagirdlərin 95-99%-nə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə uyğun olaraq helmintozların profilaktikası məqsədilə 1 tabletka 400 mq-lıq “Albendazol” preparatı verilib. Bu proqramın tətbiqi 2 mərhələdə - I mərhələ apreldə, ikinci mərhələ isə oktyabr-noyabr aylarında baş tutub.

Artıq 4 ilə yaxındır ki, ÜST və Səhiyyə Nazirliyinin birgə davam etdirdiyi layihə çərçivəsində ötən il 458 rayonda profilaktik tədbirlər həyata keçirilib. Bu il isə ötən ilki 48 rayondan 30-u layihədən kənarda qalıb. Gələn ildən bu proqram bütün rayonları əhatə edəcək. Bu sahədə yeni layihə hazırlanaraq ÜST-yə təqdim edilib. ÜST-nin ümumi strategiyası hazırlandıqdan sonra layihə bütün ölkə üzrə icra olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR