Türkiyənin Berlindəki müvəqqəti işlər müvəkkili Almaniya XİN-nə çağırılıb

Türkiyənin Berlindəki  müvəqqəti işlər müvəkkili Almaniya XİN-nə çağırılıb
# 08 iyun 2016 00:18 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Berlindəki müvəqqəti işlər müvəkkili son günlər baş vermiş hadisələr və Bundestaqda “erməni soyqırımı”na dair qətnamənin qəbul edilməsinə verilən reaksiya ətrafında danışıqlar aparmaq üçün Almaniya XİN-nə çağırılıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Almaniya XİN-dən bildirib.

“Görüş zamanı söhbət Almaniya və Türkiyə arasında ənənəvi sıx və səmimi münasibətlərdən gedib və qeyd olunub ki, alman deputatları barədə səsləndirilən son ifadələr buna uyğun deyil və anlaşılmazlıqla qarşılanıb”, - deyə Almaniya XİN-in nümayəndəsi bildirib.

Qeyd edək ki, Almaniya kansleri bundan əvvəl Türkiyə tərəfinin Bundestaq deputatlarının ünvanına səsləndirdiyi şikayət və ittihamların anlaşılmaz olduğunu bildirib: “Şəxsən mən Ermənistan və Türkiyə arasında birbaşa danışıqların başlanmasının tərəfdarıyam. Bundestaq üzvləri sərbəst seçilmiş deputatlardır və Türkiyə tərəfindən səslənən ittiham və şikayətləri anlaşılmaz hesab edirəm".

Xatırladaq ki, Türkiyə prezidenti R. T. Ərdoğan “erməni soyqırımı”nın tanınmasına dair qətnamənin qəbul edilməsinə səs verən Bundestaqın türk əsilli üzvlərini ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR