Rusiyada Ukraynanın bəzi təşkilatlarının fəaliyyətinə qadağa qoyulub

Rusiyada Ukraynanın bəzi təşkilatlarının fəaliyyətinə qadağa qoyulub
# 17 noyabr 2014 13:23 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Rusiya ərazisində Ukraynanın bəzi təşkilatlarının fəaliyyətini qadağan edilib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, “Sağ sektor”, “Ukrayna Xalq Assambleyası – Ukrayna Xalq Özünümüdafiəsi” (UNA-UNSO), Ukrayna Üsyançı Ordusu (UPA) və Stepan Bandera adına “Trizub” təşkilatı Rusiya Ali Məhkəməsi tərəfindən ekstremist qruplaşmala aid ediliblər.

Qərardan şikayət bir ay ərzində Rusiya Ali Məhkəməsinin kollegiyasına təqdim oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR