27 avqust tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Etienn Berxtoldu qəbul edib.
XİN-dən APA-ya verilən xəbərə görə, səfir Etienn Berxtold etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı, Azərbaycan ilə Avstriya arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan ilə Avstriya arasında siyasi dialoqun əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, qarşılıqlı səfərlərin və təmasların, siyasi məsləhətləşmələr mexanizminin, o cümlədən parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd edilib.
Tərəflər, həmçinin Azərbaycan ilə Avstriya arasında çoxtərəfli platformalar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Avropa İttifaqı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Sözügedən təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın və əlaqələndirmənin daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov Avstriyanın 2027–2028-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb və qarşılıqlı əməkdaşlığa ümidvar olduğunu bildirib.
Daha sonra iqtisadiyyat, energetika və nəqliyyat sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı vurğulanıb, cari ilin yanvar ayından etibarən Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanmasının məmnunluq doğurduğu bildirilib.
Görüşdə, həmçinin postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, ölkəmiz tərəfindən bölgədə davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar və qarşıya çıxan çağırışlar barədə məlumat verilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri diqqətə çatdırılıb.
Səfir Etienn Berxtold ölkəsinin Azərbaycanı mühüm və etibarlı tərəfdaş kimi qiymətləndirdiyini bildirərək, fəaliyyəti dövründə Azərbaycan ilə Avstriya arasında ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə daha da inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Avstriya səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Xarici siyasət
Sahibə Qafarova İƏT Baş katibi ilə görüşüb
Azərbaycan XİN İspaniyaya başsağlığı verib
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb
Kamran Əliyev: Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulub
Xəbər Lenti
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib - VİDEO
Zelenski: ABŞ-a Rusiya dizeli daşıyan tankerlər hücum hədəfi olmayacaq
Şamaxıda avtomobil aşıb, xəsarət alanlar var
Niderland Ukraynaya üç il ərzində 1,2 mlrd. avro yardım ayıracaq
Sahibə Qafarova İƏT Baş katibi ilə görüşüb
İspaniyada sürət qatarlarının toqquşması nəticəsində azı 68 nəfər ölüb, üç günlük matəm elan olunub - YENİLƏNİB-3 - VİDEO
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib - FOTO
Azərbaycan XİN İspaniyaya başsağlığı verib
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər
İranın 11 vilayətinin qaz təchizatında problem yarana bilər
Bakıda sıxlıq olan yollar açıqlanıb
Uşakov: Avropa ölkələri Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlarda iştirak etməyəcək
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları noyabrın 10-da baş tuta bilər
MKA saxta bilet satış səhifələri ilə bağlı vətəndaşlara xəbərdarlıq edir
Kamran Əliyev: Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulub
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib - EKSKLÜZİV
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar?
Ceyhun Məmmədov: Azərbaycanın İƏT çərçivəsində təşəbbüsləri İslam dünyasında əməkdaşlığın genişlənməsinə xidmət edir
Ramin Məmmədov: Azərbaycan multikultural dəyərlərin təşviqinə töhfə verir
“Reuters”: İran Qətərin nüvə məsələsi ilə bağlı təklifini qəbul etməyib - YENİLƏNİB
“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi keçirilib
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
Azərbaycan və BƏƏ MN arasında “Yol Xəritəsi” imzalanıb
Azərbaycanla Kot-d’İvuar arasında hüquqi əməkdaşlıq müzakirə edilib
AMB: BOKT-lar ən azı iki ildən bir kibertəhlükəsizlik auditindən keçməlidir
Deputat: Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir
“AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar - RƏY
Bakıda növbəti əmək yarmarkası keçirilib
Putin Afrika aviaşirkətlərini Rusiyaya uçuşlara başlamağa dəvət edib
Oman nümayəndəsi: Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir
Səbinə Hacıyeva: Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunmasına xüsusi əhəmiyyət verir
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb
AZCON Holding-in icraçı direktoru Şahin Babayev Çinin “CRRC Zhuzhou locomotive” şirkətinin nümayəndə heyəti ilə görüşüb
Avropa Şurasının rəsmisi Azərbaycanla uzun illərdir davam edən əməkdaşlığı yüksək qiymətləndirib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
Hüseyn Hüseynov: Qarşıdakı dövrdə Azərbaycanın əsas prioritetlərindən biri iqlim hədəflərinə nail olmaq olacaq
Gələn il üçün ehtiyac meyarı məlum olub
Azərbaycanda gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq
Azərbaycanda istiqraz emitentlərinin yerli reytinqlə qiymətləndirilməsi gündəmdədir
Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib