Peruda daşqın nəticəsində 6 nəfər ölüb

Peruda daşqın nəticəsində 6 nəfər ölüb
# 10 fevral 2013 03:10 (UTC +04:00)

Bakı-APA. Perunun ikinci iri şəhəri sayılan Arekipada bir neçə gündür davam edən intensiv leysan yağışların törətdiyi güclü daşqın nəticəsində ən azı altı nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Arekipa şəhərində güclü yağışlar fevralın 8-dən yağmağa başlayıb, ilk 7 saat ərzində şəhərdə 12 sm yağıntı qeydə alınıb.

Daşqın nəticəsində yüzlərlə ev və tikili su altında qalıb, şəhərin küçələrində güclü sellər əmələ gəlib. Məlumata görə, təbii fəlakət nəticəsində ən azı iki körpü uçulub, şəhərin qonşu yaşayış məntəqələrlə əlaqəsi kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR