Cavid Qurbanov bir neçə idarə və stansiya rəisini işdən çıxarıb

Cavid Qurbanov bir neçə idarə və stansiya rəisini işdən çıxarıb
# 03 iyul 2015 13:59 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "APA-Economics"ə verjiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

C. Qurbanov deyib ki, hazırda dəmir yolunda bir sıra yeni layihələr icra olunmaqdadır. Bu nəhəng qurumun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldiləsi istiqamətində bütün qüvvələr səfərbər olunub.

C. Qurbanov bildirib ki, bir çox problemlər də mövcuddur, bir çox məsul işçilər onlara tapşırılan işin məsuliyyətini dərk etmirlər. Bununla əlaqədar struktur islahatlarının aparılmasına ciddi ehtiyac yaranıb.

Geniş kollegiya iclasında bir neçə idarə və stansiya rəhbəri işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR