Bir nəfəri öldürməkdə, digərini isə yaralamaqda təqsirləndirilən idmançının şikayəti təmin edilməyib

Bir nəfəri öldürməkdə, digərini isə yaralamaqda təqsirləndirilən idmançının şikayəti təmin edilməyib
# 29 iyun 2015 08:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində bir nəfəri öldürməkdə, digərini isə yaralamaqda təqsirləndirilən Samur Həsənovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə şikayət təmin edilməyib.

Qeyd edək ki, ötən il iyulun 12-də Biləcəri qəsəbəsi ərazisində S. Həsənov Fərid Həsənova odlu silahla atəş açıb, qardaşı Şəhriyara isə bıçaqla xəsarət yetirib. F.Həsənov hadisə yerində ölüb, Şəhriyar isə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətmiş S.Həsənov tutulub.

Məlumata görə, aralarında mübahisə baş vermiş şəxslər idmançı olublar və eyni idman zalında məşq ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Həsənov 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S. Həsənov cəzasının azaldılması məqsədi ilə apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR