Roma papası Polşada dini ayin zamanı huşunu itirib

Roma papası Polşada dini ayin zamanı huşunu itirib
# 28 iyul 2016 13:24 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Roma papası Fransisk Polşada dini ayin zamanı huşunu itirərək yıxılıb.

APA-nın xəbərinə görə, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Papa yıxıldıqdan sonra ətrafdakı din xadimləri onun köməyinə yetişiblər. Bundan sonra papa nitq söyləyib.

Hadisənin səbəbləri barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, Roma papası iyulun 26-31 tarixlərində Krakovda keçiriləcək “Ümumdünya gənclər günü” ilə bağlı Polşaya səfər edib. 79 yaşlı Fransisk 2013-cü ilin martından katolik kilsənin rəhbəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR