Bakı Ali Neft Məktəbinin tələbələri Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət ediblər

Bakı Ali Neft Məktəbinin tələbələri Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət ediblər
# 07 noyabr 2014 08:14 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan torpaqları uğrunda qəhrəmancasına şəhid olan Mübariz İbrahimovun və Fərid Əhmədovun II Şəhidlər Xiyabanında dəfn olunmasından 4 il ötür.

APA-nın xəbərinə görə, bununla əlaqədar Bakı Ali Neft Məktəbinin tələbələri II Şəhidlər Xiyabanında Milli Qəhrəman Mübariz İbrahimovun və şəhid Fərid Əhmədovun qəbrini ziyarət edib, məzarları üstünə gül dəstələri qoyublar və onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, Azərbaycan prezidentinin 22 iyul 2010-cu tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR