Fikrət Məmmədov Avropa Şurasının baş katibi ilə görüşüb

Fikrət Məmmədov Avropa Şurasının baş katibi ilə görüşüb
# 16 oktyabr 2014 14:25 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin dəvəti ilə Strasburqda səfərdə olan Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının baş katibi Torbyörn Yaqlandla görüşüb.


APA-nın Avropa bürosunun xəbərinə görə, görüşdə Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlıq, Azərbaycanda aparılan məhkəmə-hüquq sisteminin inkişafına yönələn islahatlar, o cümlədən elektron məhkəmənin yaradılması, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası, məhkəmənin presedent hüququnun öyrənilməsi, habelə qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.


Görüşdə ədliyyə nazirinin müavini Vilayət Zahirov və ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR